Şəkər Aslan
- Ad
- Şəkər Aslan
- Həyat tarixləri
- 1937–1995
- Fəaliyyət
- Şair
Əsərlər
Şair, dramaturq və jurnalist Şəkər Mirzə oğlu Aslan 1937-ci il oktyabrın 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı (1978). 1969-cu ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. Ədəbi yaradıcılığa 1953-cü ildə Lənkəran rayon «Sosiolist respublika» qəzetində dərc olunmuş «Koreyəvıjə hovəm» poeması ilə başlamışdır.
1964–1968-ci illərdə «Leninçi» («Lənkəran») qəzetinin ədəbi əməkdaşı, 1970–1992-ci illərdə baş redaktoru işləyib. 1968-1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Komitəsinin təlimatçısı olub. 1992-ci ildə «Söz» ədəbi-bədii jurnalını təsis edib. 1994-1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinə rəhbərlik edib.
Jurnalistik məqalələrin və «Samovara od salmişam» bədii-publisistik kitabının müəllifi. Lənkəran Dövlət Teatrında «Sən kimsən, Ata?» (1982) və «Birtərəfli hərəkət» (1987) pyesləri tamaşaya qoyulmuşdur. 1981-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı və “Şərəf Nişanı” ordeni ilə təltif edilmişdir. 14 kitabın müəllifidir. 1995-ci il iyunun 12-də vəfat etmişdir.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 48. ISBN 978-9952-28-569-7.