Muzəffər Nəsirli
- Ad
- Muzəffər Nəsirli
- Həyat tarixləri
- 1902–1944
- Fəaliyyət
- Şair
Əsərlər
Dilçi alim, şair, folklorşünas, pedaqoq və jurnalist Müzəffər İbrahim oğlu Nəsirli 1902-ci ildə Lənkəran rayonunun Şaqolyaküçə kəndində anadan olub. O, 1920-ci ildə yaradılmış Talış Rayonunu Öyrənən Cəmiyyətin sədri olub.Şahub Mürsəlovla birlikdə «Tolışə mahneoon», «Jimoni ro», «Tojə məktəb», «Əlifbo», «Tolışə zıvon» və s. kitabları yazıb tərtib edib. 1936-cı ildə “xalq düşməni” kimi həbs edilərək Bailov həbsxanasına salınıb. O, yeddi il müddətinə azadlıqdan məhrum edilib; Daşkənd şəhər xəstəxanasında üç il müalicə olunduqdan sonra ittiham üçün əsas olmadığı üçün evə buraxılıb. Azadlığa çıxandan sonra Abşeronun Maştağa kəndində müəllim, sonra Masallı rayonunun Bədəlan və Diqo kəndlərində müəllim işləyib. 1944-cü ildə Masallıda vəfat etmişdir.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 17. ISBN 978-9952-28-569-7.