Məsudı Dovran (Məmmədov)
- Ad
- Məsudı Dovran (Məmmədov)
- Həyat tarixləri
- 1937
- Fəaliyyət
- Şair
Əsərlər
Məsudi Dövran kimi tanınan Məsud Əliağa oğlu Məmmədov 1937-ci il iyulun 27-də Astara rayonunun Şahağaç kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirmiş, İ.Nəsimi adına Dilçilik İnstitutunun İran və Qafqaz dilləri şöbəsində elmi işçi vəzifəsində çalışmışdır. Xələc dili üzrə namizədlik dissertasiyasını müdafiə edərək 1973-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1992-ci ildə Qazaxıstanın Çimkənd vilayətinin “Türküstan” Beynəlxalq Qazax-Türk Universitetinə dəvət olunub. 1994-cü ildə Lənkəran Dövlət Universiteti yaradılanda ora təyin olunub; əvvəlcə dekan, sonra elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. Dilçilik kafedrasının professoru. 1994-cü ildə “Azərbaycanın Talış zonasının coğrafi adlarının linqvistik təhlili” adlı doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru. Professor Məsud Məmmədov 300-dən çox elmi məqalənin, beş monoqrafiyanın və altı şeir kitabının müəllifidir. Onun «Az tolışim» şeirlər toplusu nəşr olunub (Lənkəran, 2004).
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 46. ISBN 978-9952-28-569-7.