Şairlər

Əli Heydər Babayev

Ad
Əli Heydər Babayev
Həyat tarixləri
1962
Fəaliyyət
Şair

Əsərlər

Şeirləri oxuyun

Əli Heydər oğlu Babayev 1962-ci il iyunun 10-da Lənkəran rayonunun Biləsə kəndində anadan olub. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Bakının Binə kəndində məktəbdə müəllim işləyir. İlk şeiri IX sinifdə oxuyarkən Lənkəranın «Leninçi» qəzetində dərc olunub. Sonralar mütəmadi olaraq respublika qəzet və jurnallarında, almanax və antologiyalarda çap olunub. Beş kitabın müəllifi. Ailəlidir, dörd qızı, bir oğlu var.

Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.

Mənbələr

Talış poeziyası antologiyası (2021), 211. ISBN 978-9952-28-569-7.