Baloğlan Cəlil
- Ad
- Baloğlan Cəlil
- Həyat tarixləri
- 1959
- Fəaliyyət
- Şair
Əsərlər
Baloğlan Cəlil kimi tanınan Baloğlan Cəlil oğlu Rzayev 1959-cu il iyulun 20-də Lənkəran rayonunun Zavilya kəndində anadan olub. 1976-cı ildə Zavil orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1987-1990-cı illərdə Zavilya və Separadi kəndlərinin orta məktəblərində dərs deyib. 1990-cı ildən Başqırdıstanın Ufa şəhərində yaşayır. Ufa İnşaat Mühəndisləri İnstitutunda ali təhsil alıb. «Bənovşə ətri» (1996), «Körpə harayı» (1997), «İşıq ucu» (2006) kitablarının müəllifi. «Qurbət türküləri» (2013) və «Unudulmaz məktub» (2016) kitabları Türkiyədə nəşr olunub. 2013-2015-ci illərdə onun rus dilində şeirləri “İstoki” almanaxında dərc olunub. Şeirlər türk, başqırd, tatar, ingilis və rus dillərinə tərcümə olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 181. ISBN 978-9952-28-569-7.