Azər Ərzi
- Ad
- Azər Ərzi
- Həyat tarixləri
- 2000
- Fəaliyyət
- Şair
Əsərlər
Azər Azad oğlu Osmanlı 1 yanvar 2000-ci ildə Astara rayonunun Əskənəkan kəndində anadan olub. 2006-cı ildə Əskənəkandakı Bəxtiyar Rüstəmov adına orta məktəbə gedib, 2011-ci ildə təhsilini Toradi məktəbində davam etdirib və 2017-ci ildə oranı bitirib. Antologiyada Lənkəran Dövlət Universitetinin humanitar fakültəsində azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tələbə kimi təqdim olunur. Talış və azərbaycan dillərində, əsasən əruz vəznində şeirlər yazır. Talış dilində şeir və qəzəlləri «Aləm» jurnalında dərc olunub.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 415. ISBN 978-9952-28-569-7.