Zahir Əzəmət (Rəhimov)
- Ad
- Zahir Əzəmət (Rəhimov)
- Həyat tarixləri
- 1975
- Fəaliyyət
- Şair
Əsərlər
Zahir Xanoğlan oğlu Rəhimov 25 aprel 1975-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Mingəçevir Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alıb. İlk şeirləri 1990-cı ildə «Lənkəran» qəzetində dərc olunub. Tələbəlik illərində «Minqəçevir işıqları» qəzetində bir neçə dəfə çap olunub. Sonralar şeir və məqalələri «Mərkəz», «Palitra», «Yeni Azərbaycan», «Ədalət», «Azadlıq», «Ekspress», «Kino+», «Kaspi», «Sənət qəzeti», «Alma», «Yazar», «Ulduz», «Söz», «Mars», «Yazı» və digər qəzet və jurnallarda dərc edilib. 2002-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi «İlin ən yaxşı şairi» mükafatına layiq görülüb. Şeirləri gürcü, rus və ingilis dillərinə tərcümə olunub.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 307. ISBN 978-9952-28-569-7.