Əli Nasir
- Ad
- Əli Nasir
- Həyat tarixləri
- 1955–2017
- Fəaliyyət
- Şair
Əsərlər
Əli Nəsir kimi tanınan Əli Qurbanəli oğlu Nəsirov 1955-ci il mayın 1-də Lənkəranda anadan olub. 1962–1972-ci illərdə şəhər 5 saylı orta məktəbdə oxumuş, təhsilini texniki peşə məktəbində davam etdirmişdir. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-1990-cı illərdə Azərbaycanda milli hərəkatın fəal iştirakçısı olub. Respublika Talış Mədəniyyət Mərkəzinə rəhbərlik edib. 12 kitabın müəllifidir. 2017-ci il fevralın 1-də Bakıda vəfat edib, Lənkəran rayonunun Şilvo kənd qəbiristanlığında dəfn edilib.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 131. ISBN 978-9952-28-569-7.