Əli Məğbun
- Ad
- Əli Məğbun
- Həyat tarixləri
- 2000
- Fəaliyyət
- Şair
Əsərlər
Əli Həmzağa oğlu Rüstəmli 2000-ci ildə Lənkəran rayonunun Rvo kəndində anadan olub. 2006-cı ildə Rvo məktəbinin birinci sinfinə gedib. 2017-ci ildə Bakı Avrasiya Universitetinin filologiya fakültəsində tərcümə ixtisasına qəbul olunub. Orada iki il oxuduqdan sonra 2019-cu ildə Lənkəran Dövlət Universitetinə keçib; antologiya hazırlanarkən orada bir il oxumuşdu. Məktəb illərindən ədəbiyyata böyük marağı olub. Yeddinci sinifdə şeir yazmağa başlayıb; ilk şeirinin adı «Baba» idi. Azərbaycan və talış dillərində yazır.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 420. ISBN 978-9952-28-569-7.