Əhəd Muxtar
- Ad
- Əhəd Muxtar
- Həyat tarixləri
- 1937–1998
- Fəaliyyət
- Şair
Əsərlər
Əhəd Muxtar oğlu Qəmbərov 1937-ci il dekabrın 12-də Astara rayonunun Kakalos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. «Qönçələr açılır», «And iç», «Salam, insanlar» və başqa şeirlər toplularının müəllifidir. Onun toplularından biri talış dilindəki şeirlərdən ibarətdir. Tərcümələrlə məşğul olub: rus, özbək, qırğız, qazax və türkmən dillərindən bir çox əsəri Azərbaycan dilinə tərcümə edib. 23 may 1998-ci ildə vəfat etmişdir.
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 51. ISBN 978-9952-28-569-7.