Əbdulrza Əhmədov
- Ad
- Əbdulrza Əhmədov
- Həyat tarixləri
- 1930
- Fəaliyyət
- Şair
Əsərlər
Əbdülrza Əlirza oğlu Əhmədov 1930-cu il iyunun 20-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavarda yeddi sinfi, Boradigah kəndində orta məktəbi bitirib. Lənkəran Pedaqoji Texnikumunda (1947), Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin qiyabi şöbəsində təhsil almışdır (1958). 64 il Yardımlı rayonunda, Masallı rayonunun Boradigah və Mahmudavar kənd məktəblərində müəllim işləmişdir (1947–2011). “Böyük müəllim” (1977) və “Ən yüksək kateqoriyalı müəllim” (1995) adlarına layiq görülüb. 1970-ci illərdən onun lirik və satirik əsərləri, elmi və publisistik əsərləri respublika qəzet və jurnallarında, internet saytlarında dərc olunub. Dörd kitabın müəllifi: «Mahmudavar» (2002), «Vılə çanqə» (2004), «Pərvanə» (2008), «Divan» (2010).
Bioqrafik məlumatlar 2021-ci il nəşrinə əsaslanır.
Mənbələr
Talış poeziyası antologiyası (2021), 26. ISBN 978-9952-28-569-7.